Interposta.Info

Bakıda yanan binanın damından tüfeyli həyat sürən kişini düşürdülər

Ölkə
 8-10-2022, 09:55     339

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş verdiyi və hər an genişlənərək mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq xüsusi təyinatlı texnika - avtonərdivanın tətbiqi ilə yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın zamanı binanın damında tüfeyli həyat tərzi keçirən bir nəfər kişi yanğınsöndürənlər tərəfindən xilas olunub.

Yanğın nəticəsində binanın ümumi sahəsi 1470 m² olan dam örtüyünün taxta atmaları təxminən 26 m² sahədə yanıb, yüksək temperaturdan taxta atmalar 25 m² sahədə qarsalanıb. Mənzillər və dam örtüyünün böyük hissəsi yanğından mühafizə olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26