Interposta.Info

Güclü külək Yevlaxda fəsadlar törədib, binaların dam örtükləri uçub - FOTO
 

Ölkə
 16-06-2023, 08:39     182

Yevlax rayonunun bir neçə küçə və prospektində binaların dam örtüyü uçub, avtomobillərə ziyan dəyib, elektrik enerji verilişində fasilələr yaranıb.

“Report”un Qərb bürosunun məlumatına görə, güclü külək səbəbindən Yevlax şəhərinin Nizami prospektində ticarət obyektinin, Q.Quliyev küçəsində 5 mərtəbəli, 45 mənzilli yaşayış binasının, Q.Əşrəfbəy küçəsində 5 mərtəbəli, 60 mənzilli yaşayış binasının dam örtükləri uçub.

Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən 288-ci kilometrliyində, yolun kənarında yerləşən avtoservis binasının dam örtüyünün uçaraq yola düşməsi nəticəsində yolda avtomaşınların hərəkəti bir müddət dayanıb.

Güclü külək bir neçə sakinin avtomobilinə də ziyan vurub. Təbiət hadisəsi zamanı şəhərdə ağaclar qırılaraq elektrik xətlərinin üzərinə aşıb, rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib.


Küləyin yaratdığı fəsadın aradan qaldırılması üçün hadisə baş verən ünvanlara Yevlax Rayon İcra hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının əməkdaşları cəlb ediliblər, dəymiş ziyan hesablanır.

InterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26