Interposta.Info

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA

Ölkə
 14-06-2023, 09:46     254

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "İnterPosta"ya verilən xəbərə görə, iyunun 14-ü saat 09:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.

Düşən yağıntının miqdarı Qaxda 25 mm, Gəncədə 19 mm, Daşkəsən, Göygöl, Zaqatala, Culfa, Şahbuz, Gədəbəy, Sədərək, Naxçıvan, Ordubad, Naftalan, Ceyrançöl, Şəmkir, Şəmkir, Ağstafa, Balakən, Şəki, Qusar, Şahdağ, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Lənkəran, Astara, Yardımlı, Kəlvəzdə 7 mm-dək olub.

Cənub-şərq küləyi arabir Zaqatalada 20 m/s, Gəncədə 18 m/s-dək güclənib.
İyunun 13-ü saat 23:22 radələrində Gəncə şəhəri ərazisinə diametri 10 mm olan dolu düşüb.

Bakıda və Abşeron yarımadasında 35 dərəcəyədək isti, Naxçıvan MR-da 34 dərəcəyədək isti, dağlıq rayonlarda 24 dərəcəyədək isti, aran rayonlarında 37 dərəcəyədək isti olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26