Interposta.Info

Azərbaycanın bəzi yerlərində şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA + YENİLƏNİB

Ölkə
 6-06-2023, 18:36     454

İyunun 6-sı saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Gəncə, Gədəbəy, Göygöl, Altıağac, Qəbələ, Şamaxı, Qobustan, Xınalıq, Oğuz, İsmayıllı, Xaltan, Balakən, Qrız, Quba, Qusarda və Abşeron yarımadasının bəzi yerlərində şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Salyanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 25-27 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 22-27, Naxçıvanda 29-32, dağlıq rayonlarda 13-19, Aran rayonlarında 30-32 dərəcə isti olub.

Respublikanın əksər çaylarında sabit axım müşahidə edilib. Lakin Kür-Qıraqkəsəmən məntəqəsində 3 sm, Bərgüşadçay-Əliquluşağında 4 sm, Gəncəçay-Zurnabadda isə 9 sm artım qeydə alınıb.

09:32

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 6-sı saat 09:00-a olan məlumatına əsasən, respublikanın bəzi yerlərində şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, düşən yağıntının miqdarı Qusarda 16, Qaxda 15, Balakəndə 6, Zaqatala, Göygöl, Daşkəsən, Şəmkir, Şəki, Quba, Şahdağ, Yardımlıda 5 mm-dək olub.

“Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 23-25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,4 metrə çatıb.

İyunun 5-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 36, dağlıq rayonlarda 26, yüksək dağlıq ərazilərdə 15, Aran rayonlarında 34 dərəcəyədək isti olub”.

G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 9-u səhərədək davam edəcək.

“Ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bir sıra dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26