Interposta.Info

Millimizin futbolçusu Cənubi Koreyada ayın oyunçusu seçilə bilər - FOTO

Ölkə
 8-06-2023, 15:31     174

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk formasını geyindiyi Cənubi Koreyanın “Tedjon Xana Sitizen” klubunda may ayının ən yaxşı oyunçusu seçilə bilər.

Oxu.Az xəbər verir ki, 25 yaşlı müdafiəçi bu ada namizəd göstərilən üç oyunçudan biridir.

Qalib klubun “Instagram” səhifəsində azarkeşlər arasında keçirdiyi səsvermə nəticəsində müəyyənləşəcək.
Qeyd edək ki, Anton Krivotsyuk “Tedjon Xana Sitizen”ə bu ilin fevralında Polşanın “Visla” (Plotsk) klubundan keçib. O, may ayında 5 oyun keçirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26