Interposta.Info

Bakıda sahibkar arvadını öldürən şəxslə bağlı qərar açıqlandı

Ölkə
 25-05-2023, 09:55     363

Bakı Apellyasiya Məhkəməsində arvadını qətlə yetirməkdə ittiham olunan Vüsal Bayramovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Vüsal Bayramov arvadı Ayşə Abdınovanı qəsdən öldürməkdə təqsirli bilinərək 9 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ayşə Abdınova bir neçə geyim mağazasının sahibi olub. Hadisə 2022-ci ilin sentyabr ayında paytaxtın Nizami rayonu ərazisində qeydə lınıb.

Nizami rayon prokurorluğunun yaydığı məlumatda bildirilib ki, sentyabrın 2-i saat 23 radələrində Məmmədəli Şərifli küçəsində 1995-ci il təvəllüdlü Ayşə Abdınovanın öldürülməsi barədə məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Ayşə Abdınovanın qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Vüsal Bayramov barəsində həbs qətimkan tədbiri seçilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26