Azərbaycanda 5200 nəfəri aldadan qadın azadlığa buraxılıb
Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Bakı Apellyasiya Məhkəməsində "Qala BTX" MMC adlı özəl mühafizə şirkətinin direktoru Vüqar Hüseynov, onun həyat yoldaşı Nəzakət Aşurova və daha 36 nəfərin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin N.Aşurova ilə bağlı çıxardığı hökm dəyişdirilib.
Belə ki, 9 il azadlıqdan məhrum edilmiş qadının barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib. N.Aşurova məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, 2015-ci ildə Daxili İşlər Nazirliyi (DİN) iş adı altında vətəndaşları aldadan sahibkar haqqında məlumat yayıb. Məlumata görə, "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.
Aparılan araşdırmalarla müəyyən olunub ki, "General" MMC, daha sonra "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru V.Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Hüseynov 15 il və N.Aşurovaya isə 9 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26