Interposta.Info

Naxçıvanda restoranın baş aşpazı niyə həbs edildi?

 

Ölkə
 24-05-2023, 19:32     125

Naxçıvanda "Pizza House” restoranının baş aşpazı həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 1984-cü il təvəllüdlü Culfa rayonu, Saltaq kənd sakini Zamin (şərti) baş aşpaz işlədiyi "Pizza House” restoranında işə gec gələn Rəminə adlı xanımla mübahisə edib və oranı tərk edib.

O, içki içdikdən sonra yenidən "Pizza House”a qayıdıb. Baş aşbaz mətbəxin Gülü adlı işçisi ilə restoranda mühasib işləyən Saleh haqqında danışan zaman Rəminə onun sözlərinə müdaxilə edib.

Zamin içkili və həmçinin Rəminəyə qarşı əsəbi olduğu üçün retoranının mətbəxində uca səslə səs-küy yaradıb. Daha sonra digər otağa daxil olaraq qapını yumruqlayaraq qırıb.

Məhkəmənin qərarı ilə Zamin İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 8 gün müddətinə inzibati qaydada həbs edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26