Interposta.Info

Paytaxtın bu ünvanında yeni radar quraşdırılıb (VİDEO)
 

Ölkə
 23-05-2023, 22:34     85

Bakıda yeni radar cihazı quraşdırılıb.

"İnterPosta"Xəzər TV-yə istinadən xəbər verir ki, həmin cihaz Xətai rayonu, ''8 Noyabr'' prospektində, ''Ağ Şəhər'' istiqamətində yolun sağ tərəfində qoyulub.

Dirək formasında olan cihaz ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunub.

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, bu cihaz üç funksiyanı eyni anda icra edə bilir.

Ekspert deyir ki, müasir cihaz gecə və gündüz şəraitində quraşdırıldığı ərazidə görüntüləri kefiyyətli formada qeyd edir.
Elməddin Muradlı hesab edir ki, funksiyaları çox olan bu cihaz respublika əhəmiyyətli yollarda da quraşdırılmalıdır.

Sözügedən radarın quraşdırılmasını sürücülər isə birmənalı olaraq dəstəkləyiblər. Onlar təhlükəsizlik baxımından sürücülər üçün effektli olacağını düşünürlər.

Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, hərəkətin təhlükəsizliyi üçün qurulan radar qurğusu hələlik test mərhələsindədir və ona görə də radar qurğusu heç bir cərimə qeydə almır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26