Interposta.Info

Bu cihaz 1,5 milyard insanın probleminə son qoyacaq- İXTİRA

Ölkə
 18-04-2017, 17:58     616

ABŞ-ın MİT və Koliforniya Universitetinin alimləri yalnız Günəş işığından yararlanmaqla atmosferdəki nəmi şirin suya döndərə biləcək cihaz ixtira ediblər.
Hazırlanan cihaz dünya elmi ictimaiyyətində rezonans yaradıb. ABŞ alimlərinin kəşfi olan xüsusi qurğu rütubətliliyi 20 faiz və ondan yuxarı olan yerlərdə çalışacaq. Dünyanın ən nüfuzlu elmi jurnallarından olan “Science” jurnalı qurğunu son illərin ən böyük elmi və bəşəri faydası olacaq kəşfi adlandırıb. Məqalədə həmçinin, başda Afrika ölkələri olmaqla 1,5 milyarddan çox insanın böyük susuzluq probleminin bu cihaz vasitəsilə həll olunacağı qeyd olunub.
Qurğu sınaq müddətində hələlik 8 saata 2,8 litr şirin su hazırlaya bilir. Lakin qurğunun müəllifləri olan Omar Taqi və Evelin Vanq yaxın gələcəkdə qurğuda bəzi funksiyaları inkişaf etdirməklə tez və daha çox miqdarda şirin su hazırlayacağını bildiriblər./Moderator.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26