Interposta.Info

Türkiyənin ilk kosmonavtlarının adları açıqlandı: Biri Azərbaycan əsillidir
 

Ölkə
 29-04-2023, 14:53     139

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "Teknofest-2023" aerokosmik və texnologiya festivalında Türkiyənin ilk kosmonavtlarının adlarını açıqlayıb, onlardan biri Azərbaycan əsillidir.

"İnterPosta" "TRT Haber”ə istinadən xəbər verir ki, o, türkiyəli səyahətçilərin kosmosa uçuşunun 2023-cü ilin son rübünə planlaşdırıldığını söyləyib.

Ərdoğan bildirib ki, kosmosa səyahət edəcək şəxslərlə tanış olmağın vaxtıdır: "Alper Gezeravcı Hərbi Hava Qüvvələrində böyük uğurlar qazanmış qəhrəman türk pilotudur. O, Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq. Əvəzedici adı Tuva Cihangir Ataseverdir”.

Xatırladaq ki, Tuva Cihangir Atasever Azərbaycan əsillidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26