Interposta.Info

Hikmət Cavadov Ukraynada deputatlarımızla keçirilən görüşdə (FOTO)

Ölkə
 19-04-2023, 19:26     140

Milli Məclisdə Azərbaycan - Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Rüfət Quliyev, üzvləri Razi Nurullayev, Sabir Hacıyev, Kamran Bayramovdan ibarət nümayəndə heyəti Ukraynaya səfəri çərçivəsində görüşlərə başlayıb.

"İnterPosta"xəbər verir ki, ilk olaraq qonaq heyəti Ukrayna Verxovna Radası sədr müavini Oleksandr Kornienko qəbul edib. Görüşün gündəmində Ukraynanın bərpası, Beynəlxalq Krım Platformu parlament sammitinin fəaliyyəti, dünyada təhlükəsizlik, əməkdaşlıq əlaqələrinin qurulması məsələləri olub. Tərəflər hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə verdikləri dəstəyə görə qarşılıqlı olaraq təşəkkürlərini ifadə ediblər.

Görüşdə həmçinin Verxovna Radada Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr qrupunun sədri Volodımır Kreydenko, qrupun üzvləri Serhiy Litvinenko, Anton Şvaçko, Verxovna Radanın Xarici Siyasət və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Oleksandr Merejko, Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr qrupunun sədri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu İctimai Birliyi idarə heyətinin sədri Hikmət Cavadov, habelə Azərbaycan Resublikasının Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayev iştirak ediblər.



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26