Interposta.Info

Dostluq qrupunun üzvləri Milli Məclisdə görüş keçirdi

Dünya
 28-02-2023, 22:43     233

Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Bakıda səfər zamanı Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

"İnterPosta" xəbər verir ki, daha sonra Şəhidlər Xiyabanını da ziyarət edən qonaqlar Milli Məclisdə görüşlər keçirib.

Ukrayna Ali Radasnın Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Volodımır Kreydenko, millət vəkilləri Mikola Qaluşko və Anton Şvaçko, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovdan ibarət münayəndə heyəti növbəti görüşünü Milli Məclisdə Ukrayna ilə parlamentlərarası dostluq qrupunun üzvlərilə keçirib. Həmin görüşdə iki ölkəni dostluq qrupunun fəaliyyətinə dair cari məsələlər müzakirə olunub. Görüşdə Milli Məclis üzvləri Rüfət Quliyev, Tahir Mirkişili, Cavanşir Feyziyev, Cavid Osmanov, Naqif Həmzəyev iştirak ediblər.

Xatırladaq ki, dünən Ukrayna nümayəndə heyəti Azərbaycan Xarici İşlər, habelə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərində görüş keçirmişdi.



İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26