Interposta.Info

Çayxanada gənc oğlan başından tapança qundağı ilə vuruldu (VİDEO)

Ölkə
 17-04-2023, 09:46     245

Bakının Nərimanov rayonunda döyülmə hadisəsi qeydə alınıb.

"İnterPosta" apa-ya istinadən xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində yerləşən "Ali Baba lounge"da qeydə alınıb.

Belə ki, 1986-ci il təvəllüdlü Abbasov İsmail Faik oğlu çayxanada hələlik naməlum şəxslə dava edən zaman başından xəsarət alıb.

Tapançanın qundağı ilə başından xəsarətlər alan İ.Abbasov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26