Interposta.Info

Xiyar, pomidor əkilən Sumqayıt bulvarının rəisi işdən çıxarılıb - İDDİA + FOTO/VİDEO

Ölkə / Manşet
 14-04-2023, 10:04     149

Sumqayıt bulvarında kənd təsərrüfatı məhsulları əkilməsinə icazə verdiyi üçün idarə rəisinin vəzifəsindən azad edildiyi iddia edilir.

İddialara görə, Sumqayıt Şəhər Bulvar İdarəsinin rəisi Yavər Vəliyev ötən gün Baku TV-nin Sumqayıt bulvarında kənd təsərrüfatı məhsulları əkildiyinə dair hazırladığı süjet səbəbindən işdən çıxarılıb.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayevlə əlaqə saxladıq. E.Qocayev Oxu.Az-a açıqlamasında bu barədə məlumatının olmadığını, gün ərzində məsələ ilə bağlı məlumat olarsa, ictimaiyyətə açıqlanacağını bildirib.

Xatırladaq ki, mövcud məsələ ilə bağlı bir neçə rəhbər şəxsin töhmət aldığı da iddia edilir.

Qeyd edək ki, süjetdə sakinlərin istirahəti üçün nəzərdə tutulan bulvar ərazisinə məişət tullantılarının da atıldığı bildirilib. Bu da, öz növbəsində ətrafda pis qoxunun yayılmasına səbəb olur.
Həmin süjeti təqdim edirik:


Xiyar, pomidor əkilən Sumqayıt bulvarının rəisi işdən çıxarılıb - İDDİA + FOTO/VİDEO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26