Sumqayıt bulvarında qorxulu mənzərə (VİDEO)

Sumqayıt bulvarı ilə bağlı görüntülər böyük narahatlıq yaradır. Bir müddət əvvələ kimi istinad divarını aşdıqdan sonra rahatlıqla dənizə yaxınlaşmaq mümkün idi. Lakin hazırda bunu etmək qeyri-mümkündür.
"İnterPosta"xəbər verir ki, Sumqayıtda dənizin suyu o qədər çəkilib ki, metrlərlə məsafə qət etməklə dənizə yaxınlaşmaq mümkündür.
Dəniz suyunun çəkilməsi həmçinin ərazidə bataqlığa bənzər mənzərə də yaradıb. Buna görə dənizə yaxınlaşmaq istəyənlər böyük çətinliklə üzləşirlər.
ARB TV-nin hazırladığı videomaterialı təqdim edirik:
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26