Interposta.Info

Mingəçevir su hövzəsində və Samuxda zəlzələ oldu (YENİLƏNİB)

Ölkə
 5-04-2023, 12:31     268

Mingəçevir su hövzəsində zəlzələ olub.

Bu barədə "İnterPosta"-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.

Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:37-də Mingəçevir stansiyasından 33 km şimal-qərbdə Mingəçevir su hövzəsi daxilində zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

11.55

Samuxda zəlzələ olub.

Bu barədə "İnterPosta"-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:37-də Mingəçevir stansiyasından 33 km şimal-qərbdə Samux rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb. Zəlzələnin maqnitudası 3.1, dərinliyi 20 km olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26