Interposta.Info

Aslan İsmayılovun kitabı Fransada müzakirəyə çıxarıldı (FOTO)

Ölkə
 4-04-2023, 14:43     136

Fransanın paytaxtı Parisdə tanınmış vəkil Aslan İsmayılovun müəllifi olduğu "Sumqayıt, SSR-nin süqutunun başlanğıcı" adlı kitabı ilə bağlı dəyirmi masa keçirilib.

Qaynarinfo xəbər verir ki, tədbirdə fransalı professorlar, jurnalistlər, tarixçilər, diplomatlar, vətəndaş cəmiyyətlərinin üzvləri və digər şəxslər iştirak ediblər.
Dəyirmi masa Fransa-Azərbaycan Dialoqu Assosiasiyası tərəfindən təşkil edilib.

Tədbirdə Aslan İsmayılov Azərbaycan üçün taleyüklü məsələ olan Sumqayıt hadisələrinə dair prokuror qismində çıxış etdiyi proseslərdən danışıb.

Sumqayıt hadisələrinin səbəbləri və təşkilatçıları haqqında məlumat verən müəllif bu hadisələrin təşkilatçılarının ermənilər olduğunu və həmin hadisənin baş verməsində şəhər əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qrupların xüsusi rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbir zamanı iştirakçılar hüquqşünasa Sumqayıt hadisələri, SSRİ-nin süqutunun ilk illəri baş verən proseslər haqqında çoxlu sayda suallar veriblər.
Kitab fransız dilində "Visible" nəşriyyatı tərəfindən çap olunub.

Qeud edək ki, Aslan İsmayılovun müəllifi olduğu kitab həmçinin rus, ingilis, alman, türk dillərində də nəşr olunub. "Sumqayıt, SSRİ-nin süqutunun başlanğıcı” kitabı Sumqayıt hadisələrinə işıq salan nadir nəşrlərdən biridir. Kitabda Aslan İsmayılov faktlarla hadisələrinin SSRİ DTK-sının təşkil etdiyi, ermənilərin isə bu qanlı olayda icraçı olduqları ortaya qoyulur.

İnterPosta.info

Aslan İsmayılovun kitabı Fransada müzakirəyə çıxarıldı (FOTO)


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26