Interposta.Info

Deputat Fazil Mustafa evinin qarşısında güllələndi (YENİLƏNİB)

Ölkə / Manşet
 29-03-2023, 00:08     387

Millət Vəkili Fazil Musatafaya sui-qəsd olub.

Daxili İşlər Nazirliyindən "İnterPosta"ya bildirilib ki, deputat yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.

Ayağından və çiynindən güllə yarası alan deputat xəstəxanaya yerləşdirilib.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Araşdırmalar davam etdirilir.

DİN-dən verilən məlumata görə hadisə Sabunçu rayonunda baş verib. Hazırda əməliyyat axtarış qrupu hadisə yerindədir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs axtarışdadır.

22.20

Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.

Musavat.com xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.

Fazil Mustafanın yaxınlarından biri Musavat.com-a bildirib ki, deputat evə gələn zaman öz maşınıni evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan önun üzərinə atəş yağdırılıb. Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26