Interposta.Info

Uşaqlarının gözü qarşısında keçmiş arvadının boğazını kəsən şəxsə 17 il 6 ay həbs cəzası verildi
 

Ölkə
 13-03-2023, 19:35     191

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Abşeronda keçmiş arvadını öldürməkdə təqsirləndirilən Ramil Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 17 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd: Ötən il mayın 30-u saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1996-cı il təvəllüdlü Rəqsanə Məmmədovanın öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin keçmiş əri 1987-ci il təvəllüdlü R.Məmmədovun küçədə, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla R.Məmmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.

R.Məmmədov şübhəli şəxs qismində tutulub.

İlkin məlumata əsasən, kişi binanın həyətində həyat yoldaşının boğazını kəsib. Qadın aldığı xəsarətlərdən ölüb. Cinayət uşaqların gözü qarşısında baş verib.

R.Muradovanın keçmiş əri onun öz bibisi oğlu oludur.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26