Interposta.Info

Azərbaycanda kişi bacısını yol kənarında öldürdü
 

Ölkə
 14-07-2022, 17:17     515

İyulun 14-ü saat 13 radələrində Tərtər-Şıxarx yolunun kənarında 1982-ci il təvəllüdlü Leyla Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər Rayon Prokurorluğunda aparılan ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Aqil Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Leyla Mustafayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aqil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26