Kürdəmirdə ailə faciəsi - Azyaşlı bacılar öldü (FOTO)
Kürdəmirdə iki bacının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ötən gecə rayonun Karrar kəndində 2012-cu il təvəllüdlü Qasımzadə Səma Elton qızı və onun 2014-cü il təvəllüdlü bacısı Fəridə hamamda dəm qazından zəhərlənib. Bacılar xəstəxanaya aparılarkən yolda vəfat ediblər.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



