Interposta.Info

Bakıda itkin düşən yeniyetmə bacılar tapıldılar - YENİLƏNİB

Ölkə / Manşet
 31-08-2022, 11:28     325

Bakıda itkin düşmüş yeniyetmə bacılar tapılıb.

“Report”un məlumatına görə, onlar yaşadıqları ünvana geri qayıdıblar.

Məlum olub ki, 13 və 14 yaşlı bacılar ailə üzvlərinə getdikləri ünvan barədə məlumat vermədən evi tərk ediblər.

Hazırda onların vəziyyəti normaldır.

09:48

Bakıda gənc bacılar itkin düşüblər.

“Report”un əldə etdiyi məlumata görə, hadisə avqustun 28-də paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Abdullayeva Şəfiqə Malik qızı və onun kiçik bacısı, 2008-ci il təvəllüdlü Abdullayeva Arzu Xaliq qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri qayıtmayıblar.

Hazırda faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26