Interposta.Info

Azərbaycanda ağır yol qəzası: Ölənlər var - ADLAR

Ölkə
 27-02-2023, 09:37     183

Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"İnterPosta"APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağ Kəsəmən kəndində keçən hissəsində qeydə alınıb.

TIR-la "VAZ 21099" markalı avtomobillərin toqquşması zamanı 2 nəfər hadisə yerində ölüb.

Ağstafada yük maşını ilə minik maşınının toqquşması zamanı ölənlərin kimliyi məlum olub.

Qəza zamanı ölənlər rayonun Dağ Kəsəmən kənd sakinləridir.

Ölən şəxslərin adları aşağıdakı kimidir:

Orxan Rzayev (1987);

Məhəmməd Xəlilov (1987).

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26