Interposta.Info

Daha 6 nəfər yoluxub, vəfat edən olayıb

Ölkə
 20-02-2023, 20:08     126

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 828 358 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 131 nəfər müalicə olunaraq sağalıb, 10 103 nəfər vəfat edib, aktiv xəstə sayı 124 nəfərdir.

Ölkədə son sutka ərzində 579, hazırkı dövrədək isə 7 514 447 test aparılıb.

Gün ərzində koronavirus əleyhinə vaksin vurulmayıb. Vurulan vaksinlərin ümumi sayı 13 947 036, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 618, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 388, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 399 521, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 509 nəfər təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26