Interposta.Info

Son sutkada neçə nəfər yoluxub?

Ölkə
 10-01-2023, 19:16     163

Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən dörd nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 826 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 434 nəfər müalicə olunaraq sağalıb, 10 027 nəfər vəfat edib, aktiv xəstə sayı 532 nəfərdir.

Ölkədə son sutka ərzində 2 503, hazırkı dövrədək isə 7 447 795 test aparılıb.

Bu gün koronavirus (COVID-19) əleyhinə 459 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 246, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 59, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 127, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 27 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 935 633, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 398 874, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 005, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 395 938, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 816 nəfər təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26