Daha 43 nəfər yoluxdu
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 43 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 827 823 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 504 nəfər müalicə olunaraq sağalıb, 10 077 nəfər vəfat edib, aktiv xəstə sayı 242 nəfərdir.
Ölkədə son sutka ərzində 2 183, hazırkı dövrədək isə 7 479 912 test aparılıb.
Gün ərzində koronavirus əleyhinə 350 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 169, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44, üç və daha çox doza vaksin vurduranların sayı 114, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 nəfərdir.
Vaksinasiya olunanların ümumi sayı 13 941 202, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 401 798, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 797, üç və daha çox doza vaksin vurduranların sayı 3 397 440, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 167 təşkil edir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26