Interposta.Info

Nazir polkovnik-leytenantın yerinə yeni rəis təyin etdi
 

Ölkə
 28-01-2023, 13:06     250

Nazir polkovnik-leytenantın yerinə yeni rəis təyin etdi
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə rəisi təyin olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə polis kapitanı Süleyman Abbasov təyin edilib.

Süleyman Abbasov bundan əvvəl Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bu ilin yanvar ayının 1-də 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tural Məşədiyev vəzifəsindən azad olunmuş, onun yerinə müvəqqəti olaraq "Bakı Xəbər” qəzetinin baş redaktoru, jurnalist Aydın Quliyevin oğlu, polis mayoru Sahil Quliyev təyin olunmuşdu.

interPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26