Interposta.Info

Laçın Xankəndi yolundakı aksiya 45 gecədir davam edir

Ölkə
 25-01-2023, 23:15     182

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa-Laçın yolunda aksiyanı davam etdirir.

APA xəbər verir ki, aksiya baş tutan ərazidə tonqallar qalanır.

Havanın soyuq və şaxtalı olmağına baxmayaraq, ekofəallar aksiyanı bu gecə də davam etdirəcəklərini bildiriblər.

Şuşada havanın tempraturu hazırda -7 dərəcədir.

Ekoaktivistlər və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, "Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, "Ekoloji cinayətə son!”, "Берегите природу!” (Təbiəti qoruyun), "Экоциду нет! Мониторингу да!" (Ekosidə yox! Monitorinqə hə!) şüarlarını səsləndirirlər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-də başlayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26