Interposta.Info

Rusiya sülhməramlıları Laçın yolunda ağacları kəsirlər - İDDİA + VİDEO

Ölkə / Manşet
 12-01-2023, 10:23     187

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində ağacları kəsdikləri iddia edilir.

Sosial şəbəkələrdə belə iddialar səslənir ki, sülhməramlılar Laçın yolundakı postlarının yaxınlığında yerləşən ağacları məhv edirlər.

Məlumatlarda bildirilir ki, sülhməramlılar yol çəkmək üçün bu addımı atırlar.

Ancaq sözün konkret olaraq hansı yol çəkilişindən getdiyi məlum deyil.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26