MN: Sülhməramlılar olan ərazidə vəziyyət Ordumuzun nəzarətindədir

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətlə bağlı xəbərə münasibət bildirib.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumatda bildirilir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində guya gərginliyin yaranması barədə Ermənistan sosial şəbəkələrində yayılan xəbərlərin heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır.
İnterPosta.info