Interposta.Info

Azərbaycanda bu il boşanmaların sayı 10 faiz azaldı

Ölkə
 29-12-2022, 21:28     260

Azərbaycanda bu il boşanmaların sayı 10 faiz azalıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.

Bu il ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində 4.7 milyona yaxın notariat hərəkətləri, 300 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, insanların həyatlarında əlamətdar hadisələr olan nikahın və doğumun sayı artıb.

Nikahın sayı 60 mini ötüb, boşanma 10%-dək azalıb. Qeydə alınmış doğumun sayı isə 120 mini keçib, ölüm 23 faizədək enib.

Notariuslar tərəfindən aparılmış əməliyyatlar nəticəsində, o cümlədən bununla bağlı tutulan vergi üzrə ümumilikdə 33 milyon manatdan çox vəsait dövlət büdcəsinə köçürülüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26