Interposta.Info

“Azərişıq” elektrik sayğacına müdaxilə faktı aşkarladı (VİDEO)

Ölkə
 11-11-2022, 11:36     217

"Azərişıq” ASC elektrik sayğacına müdaxilə faktını aşkara çıxarıb.

"İnterPosta" xəbər verir ki, qeyri-əhali abonenti olan şəxs elektrik sayğacına müdaxilə edib.

Sayğaca aylıq baxış zamanı isə bu hal müəyyən olunub. Yoxlama zamanı məlum olub ki, sayğacın arxa hissəsindən xüsusi dəlik açılaraq, sayğacın kontaktrının kommunikasiya naqilləri kəsilib.

Qeyd edək ki, "Azərişıq” ASC-nin müvafiq strukturları bu istiqamətdə mütəmadi manitorinqlər keçirir və istənilən neqativ halların qarşısı alınır.

Üstəlik, istismara verilən sayğaclar müasir və rəqəmsal olduğundan bütün müdaxilə halları sayğacın yaddaş blokunda əks olunur. Laboratoriya şəraitində sayğaclara proqram əlavəsi tətbiq olunaraq həmin müdaxilə halları detallı şəkildə təsdiqini tapır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26