Interposta.Info

Son sutkada 27 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

Ölkə
 5-11-2022, 17:59     286

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 27 yeni yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 496 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 254 nəfər müalicə olunaraq sağalıb, hazırda 287 aktiv xəstə var. Bu günə qədər 9 955 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 961, bu günə qədər isə ümumilikdə 7 331 317 test icra olunub.

Ötən gün koronavirus əleyhinə 557 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 127, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 131, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 247, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 52 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 913 533, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 390 562, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 871 946, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 387 815, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 210 nəfər təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26