Interposta.Info

Yoluxanların sayı açıqlandı

Ölkə
 1-11-2022, 17:02     218

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 60 yeni yoluxma faktı qeydə alınıb, 82 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 068 nəfər müalicə olunaraq sağalıb, hazırda 302 aktiv xəstə var. Bu günə qədər 9 948 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 956, bu günə qədər isə ümumilikdə 7 323 276 test icra olunub.

Ötən gündə koronavirus əleyhinə 657 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 153, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 181, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 294, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 29 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 911 694, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 390 152, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 871 585, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 386 910, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 047 nəfər təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26