Interposta.Info

Sabahın hava proqnozu

Ölkə
 28-10-2022, 13:00     228


Azərbaycanda oktyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "İnterPosta"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-16° isti, Bakıda gecə 12-14° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-9° isti olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26