Interposta.Info

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Ölkə
 21-10-2022, 19:56     185

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 608 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 265, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 85, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 217, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 41 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 905 828, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 388 125, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 870 495, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 384 553, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 655 nəfər təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26