Interposta.Info

"Şəhid ailələri hər zaman diqqət mərkəzində saxlanılır" - QARABAĞ QAZİSİ

Ölkə
 16-10-2022, 18:26     215

Qarabağ qazisi, Çeçenistanın Milli Qəhrəmanı Arif Məhərrəmov Azərbaycanın cənub bölgəsinə səfərində bir sıra görüşlər keçirib. O cənub bölgəsinin dilbər guşələri olan Masallı, Lerik, Astara və Lənkəran rayonlarında olub. Arif Məhərrəmov iştirak etdiyi tədbirlərdə Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun mənfur düşməndən xalqımızın qisasını alması, şanlı qələbimizin tarixi əhəmiyyəti, dövlətimizin qüdrəti, böyüklüyü, şagirdlərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli dəyərlərimizin qorunması xüsusi olaraq insanların diqqətinə çatdırıb.
Arif Məhərrəmov səfəri çərçivəsində Vətən müharibəsi şəhidlərinin də məzarlarını ziyarət edib. Qarabağ qazisi Lerikdə inşa edilmiş Şəhidlər Kompleksinin önündə çıxış edərkən qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi daim əziz tutulur, onların adının əbədiləşdirilməsi üçün dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir və şəhid ailələri hər zaman diqqət mərkəzində saxlanılır. Həmçinin bu istiqamətdə xalqımızın mərd övladları, ictimaiyyət nümayəndələri, eləcə də sahibkarlar da müəyyən işlər həyata keçirilir. Bu istiqamətdə respublikanın bütün bölgələrində olduğu kimi cənub bölgəsində də müxtəlif işlər görülür, vətən uğrunda şəhid olmuş övladlarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə bir neçə xatirə abidə kompleksləri inşa olunur. O çıxışında şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

İnterPosta.info







Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26