Interposta.Info

Son sutkanın yoluxma statistikası

 

Ölkə
 13-10-2022, 17:32     240

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 81 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "interPosta"ya verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 822 427 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 998 nəfər müalicə olunaraq sağalıb, hazırda 498 aktiv xəstə var. Bu günə qədər 9 931 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 443, bu günə qədər isə ümumilikdə 7 282 773 test icra olunub.

Bu gün koronavirus əleyhinə 942 vaksin vurulub.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 334, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 165, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 379, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 64 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 900 619 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26