Interposta.Info

Polisin üzərinə “pitbull” qısqırdan şəxslər həbs edildi

Ölkə
 13-10-2022, 16:21     206

Yevlaxda itlə gəzən şəxslər polis tərəfindən saxlanılıb, bu zaman onlar "pitbull” cinsli iti polislərin üzərinə qısqırdıblar.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bir neçə gün rayonun Bakıxanov küçəsində baş verib.

İttihama görə, gecə saat 03 radələrində it ilə küçədə piyada hərəkət edən şəxsləri görən polis əməkdaşları onlara yaxınlaşıb. Bu saatlarda onların küçədə və itlə gəzməsinin şübhəli olduğunu bildirən polislər həmin şəxsləri sorğu-sual edib, şəxsiyyətlərini müəyyən etməyə, küçədə hansı məqsədlə olmalarına aydınlıq gətirməyə çalışıb. Bu zaman həmin şəxslər mübahisə yaradaraq xidmət başında olan əməkdaşların tələblərinə qarşı çıxıblar. Onlar yanlarında olan "pitbull” cinsli iti polislərin üzərinə qısqırdıblar.

Bundan sonra ərazidəki polislərin köməkliyi ilə həmin şəxslər saxlanılıb. Polis şöbəsinə gətirilən şəxslərin Yevlax şəhər sakinləri: 1988-ci il təvəllüdlü E. Kazımov və 1995-ci il təvəllüdlü F.Quliyev olması müəyyən edilib. Onların barəsində protokol tərtib edilərək Yevlax Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə F.Quliyevə 8, itin sahibi olan E.Kazımova isə 15 sutka inzibati həbs cəzası verilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26