Interposta.Info

Şəhidlərin xatirəsi "Qobu Park"da anıldı - Avtomobillər bir dıqiqəlik siqnal... (VİDEO/FOTO)

Ölkə / Manşet
 27-09-2022, 14:27     320

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"İnterPosta" xəbər verir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.
Eyni zamanda, avtomobillər siqnal, gəmilər və yerüstü qatarlar isə fit veriblər.

Həmçinin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində, Bakıda, digər şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə olduğu kimi Bakı şəhər Qaradağ rayonunda keçmiş məcbur köçkünlərin yaşadığı “Qobu Park” yaşayış kompleksində də anım günü keçirilmişdir.

Allahdan şəhidlərimizə rəhmət, Azərbaycan dövlətinə dahada qüdrətli olmasını arzulayırıq.

İnterPosta.info








Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26