Interposta.Info

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Ölkə / Manşet
 20-01-2022, 14:59     313

Bu gün saat 12:00-da Azərbaycanda bir dəqiqəlik sükut elan olunub.

"İnterPosta" xəbər verir ki, 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi anılıb.

Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

Paytaxt ictimaiyyəti, şəhər sakinləri səhər saatlarından başlayaraq, Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26