Interposta.Info

“Bakcell” xidmətlərində yaranmış fasilə ilə bağlı məlumat yaydı

 

Ölkə
 23-09-2022, 17:57     176

Sentyabrın 21-də axşam saatlarında yaranmış texniki nasazlıq nəticəsində "Bakcell" MMC-nin xidmətlərindən istifadə etmək mümkün olmayıb.

Şirkət bildirir ki, hazırda şəbəkənin təkmilləşdirilməsi və ən son texnoloji həllərin tətbiqi istiqamətində beynəlxalq tərəfdaşlarla birlikdə böyük layihələr həyata keçirilir.

21 sentyabr tarixində axşam saatlarında şirkətin xidmətində yaranmış fasilə "Nokia" ilə birlikdə aparılan genişmiqyaslı moderinizasiya işləri ilə bağlı olub.

Problemin həlli istiqamətində "Nokia”nın beynəlxalq dəstək komandası və "Bakcell”in texniki heyəti birlikdə çalışıb və texniki nasazlıq tam aradan qaldırılıb.

Xidmətlərimizin göstərilməsində yaranan fasiləyə görə abunəçilərimizdən üzr istəyirik.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26