Interposta.Info

Laçın şəhid İsgəndərov Qorxmaz İsgəndər oğlunu son mənzilə yola salındı - VİDEO/FOTO

Ölkə / Manşet
 16-09-2022, 21:48     1 014

Laçın şəhid İsgəndərov Qorxmaz İsgəndər oğlunu son mənzilə yola salıb.

Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olmuş Laçın rayonunun Sadınlar kəndindən olan Azərbaycan ordusunun zabiti, leytenant İsgəndərov Qorxmaz İsgəndər oğlunun nəşi Ağcabədi rayonuna gətirilərək Taxta Körpü ərazisindəki məzarlıqda dəfn olunub.

Böyük izdihamla keçirilən vida mərasimində rayon rəhbərliyi, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyəti iştirak edib. Şəhidin ruhuna dualar oxunub, müxtəlif şüarlar səsləndirilib.

Dəfn zamanı əbədi xatirə kimi saxlanılması üçün üçrəngli müqəddəs bayrağımız şəhidin atasına təqdim olunub.

İnterPosta.info







Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26