Interposta.Info

XTQ-nin şəhid giziri Kürdəmirdə dəfn edildi (FOTO)

Ölkə
 14-09-2022, 12:37     211

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) giziri, 1991-ci il təvəllüdlü Nəzər Əzizov Kürdəmir rayonunda dəfn edilib.

31 yaşlı şəhidimizin nəşi doğulub boya-başa çatdığı rayonun Dəyirmanlı kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə N.Əzizovun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. N.Əzizov düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub./report

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26