Gələn ay toyu olacaqdı, bu gün şəhid xəbəri yayıldı (FOTO)

Müdafiə Nazirliyinin bu gün açıqladığı şəhid hərbçilərimizin siyahısında yer alan Turan Məhərrəmov evlənməyə hazırlaşırmış.
"İnterPosta"xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumata görə, nikahı olan şəhidimizin gələn ay toyu olmalı imiş.
Qeyd edək ki, Turan Məhərrəmov 2001-ci ildə Zaqatalanın Qımır kəndində doğulub. O, Silahlı Qüvvələrdə MAXE kimi xidmət edib. Düşmən təxribatı nəticəsində şəhid olan hərbçimizin nəşi bu gün doğulduğu kəndə aparılaraq dəfn ediləcək.

İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26