Interposta.Info

Məhəbbət Kazımovun şəklini Laçına kim aparıb? (VİDEO)
 

Ölkə
 9-09-2022, 14:53     348

"Atamın fotosunu Laçına Murad Məmmədov adlı kəndlimiz aparıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov atasının Laçının Çorman kəndində asılan fotosundan danışarkən deyib. Rəşid Kazımov həmin fotonu Murad Məmmədovun öz vəsaiti hesabına başa gəldiyini deyib:


"Onlar Laçında fermalarda işləyirlər, sağ olsunlar. Fəxrdir, Laçın deyəndə Məhəbbət Kazımov, Məhəbbət Kazımov deyəndə də Laçın yada düşür. Atamın şəklini kəndimizə aparan şəxsə təşəkkür edirəm. Qismət olsa, biz də gedərik”.

Qeyd edək ki, bir neçə gün öncə Əməkdar artist Məhəbbət Kazımovun fotosu işğaldan azad olunan Laçın rayonuna aparılması ilə bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26