Interposta.Info

Azərbaycanda son sutkada 612 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb - FOTO

Ölkə / Manşet
 3-09-2022, 21:38     975


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 612 yeni yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 815 047 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 801 707 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 518 aktiv xəstə var. Bu günə qədər 9 822 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 025, bu günə qədər isə ümumilikdə 7 166 533 test icra olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26