Interposta.Info

Azərbaycanda son sutkada 13 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Ölkə
 4-06-2022, 20:25     314

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 040 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 51 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 302, bu günə qədər isə ümumilikdə 6 905 419 test icra olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26