Interposta.Info

Azərbaycanda koronavirusa yoluxanların sayı 700 mini ötdü

Ölkə
 7-02-2022, 17:09     299

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 680 yeni yoluxma faktı qeydə alınıb, 2 134 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 703 334 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 648 512 nəfər müalicə olunaraq sağalıb, 8 898 nəfər vəfat edib. 45 924 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 442, bu günə qədər isə ümumilikdə 6 278 899 test icra olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26